Azərbaycan Türkiyədəki aviasiya vasitələri ilə yanğın bölgələrinə min tona yaxın su boşaldılıb.
AZƏRTAC-ın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev avqustun 9-da azərbaycanlı jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
×

Nazir müavini bildirib ki, hazırda Türkiyədə yanğınların söndürülməsi işlərində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopteri fəaliyyət göstərir. İndiyə qədər helikopter vasitəsilə 134 uçuş əməliyyatı həyata keçirilib, yanğın bölgələrinə 332 ton su tökülüb. Amfibiya təyyarəsi isə 76 uçuş əməliyyatı həyata keçirib və yanğın ərazisinə 615 ton su boşaldılıb. Ümumilikdə Azərbaycanın Türkiyədəki aviasiya vasitələri yanğın bölgələrinə min tona yaxın su boşaldıb.