Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanın aparıcı gənclər təşkilatlarının nümayəndələri Şuşada səfərdə olublar

ID:

10.09.2021 16:05 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

Sentyabrın 10-da Azərbaycanın aparıcı gənclər təşkilatlarının nümayəndələri Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə reallaşdırdığı səfər çərçivəsində 30 gənclər təşkilatının 50-də çox nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada tarixi-mədəni abidələrimiz, erməni vandalizminin acı nəticələri, qədim şəhərin görkəmli yerləri, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olublar.