Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni bina inşa olunub. Artıq binanın tikintisi tam yekunlaşıb.
×
Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni bina inşa olunub. Artıq binanın tikintisi tam yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova martın 11-də nazirlikdə keçirilən mətbuat konfransında deyib.
Aynur Sabitova qeyd edib ki, bina ən müasir standartlara uyğun tikilib. Binada yetkinlik yaşına çatmayan məhkumlara psixoloji xidmətlər üçün də şərait yaradılıb. Yeni bina yaxın günlərdə istifadəyə veriləcək və yetkinlik yaşına çatmayan məhkumlar oraya köçürüləcəklər.