Avqustun 28-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6014 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 904 min 506-ya çatıb.
×
Avqustun 28-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6014 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 904 min 506-ya çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1998-ə bərabərdir. Xəstələrdən 141 nəfəri reanimasiyadadır ki, onlardan da 16-sı süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, avqustun 28-də Azərbaycanda koronavirus infeksiyasına 142 yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.