Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanda koronavirusdan daha 602 nəfər sağalıb, 417 yoluxma faktı qeydə alınıb

ID:

26.07.2020 17:00 / CƏMİYYƏT

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 602 nəfər sağalıb, 417 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.