Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar daha 6 min 627 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 417 min 102-yə çatıb.
×
Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar daha 6 min 627 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 417 min 102-yə çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Xatırladaq ki, iyunun 20-də Azərbaycanda koronavirus infeksiyasına daha 471 yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.
İndiyədək ölkəmizdə 12 min 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6 min 516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 min 574 nəfərdir. Xəstələrdən 167 nəfəri reanimasiyadadır ki, onlardan da 36-sı süni tənəffüs cihazına qoşulub.