Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanda koronavirusa 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər sağalıb

ID:

30.08.2020 17:40 / CƏMİYYƏT

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 135 yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.