Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanda koronavirus infeksiyasından daha 178 nəfər sağalıb, 112 yoluxma faktı qeydə alınıb

ID:

16.08.2020 16:40 / CƏMİYYƏT

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 178 nəfər sağalıb, 112 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5712, ötən müddət ərzində isə ümumilikdə 831 755 test aparılıb.