Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanda koronavirus infeksiyasından daha 148 nəfər sağalıb, 139 yoluxma faktı qeydə alınıb

ID:

20.08.2020 17:05 / CƏMİYYƏT

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 148 nəfər sağalıb, 139 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 34 min 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.