Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanda koronavirus infeksiyasından 81 nəfər sağalıb, 92 yeni yoluxma faktı qeydə alınıb

ID:

21.09.2020 18:00 / CƏMİYYƏT

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 81 nəfər müalicə olunaraq sağalıb, 92 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.