Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanda keçirilən Musiqi Forumunun ilk günü başa çatıb

ID:

29.10.2023 17:00 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Azərbaycanda ilk dəfə Musiqi Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşir.