Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanda ilk dəfə bank əməliyyatları çərçivəsində onlayn notariat hərəkətlərinin həyata keçirilməsinə imkan verən xidmət təqdim edilib

ID:

09.02.2022 11:50 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

İnnovativ xidmətlərin və həllərin tətbiqini davam etdirən Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tərəfindən müştərilərə bank xidmətlərindən yararlanmaq üçün müraciətlərini videoəlaqə vasitəsilə məsafədən notariat qaydasında təsdiq edə bilmək imkanı yaradılıb.