Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanda ilk dəfə “Ekonəqliyyata keçid” sərgisi təşkil edilib

ID:

22.05.2024 12:00 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Azər İbrahimov

Mayın 22-də Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycanın Avtomobil Dillerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi keçirilib.