Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanda Gənclər Parlamenti yaradılacaq

ID:

01.11.2021 18:20 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Noyabrın 1-də Milli Məclislə Gənclər Fondu arasında Azərbaycan Gənclər Parlamentinin yaradılması barədə memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ulu öndər Heydər Əliyevin ideyaları əsasında həyata keçirilən Azərbaycan gənclər siyasətinin Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha da inkişaf etdiyini diqqətə çatdırıb.