Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycanda 31,8 min həkim, 55,6 min orta tibb işçisi var

ID:

01.09.2020 11:55 / CƏMİYYƏT

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 31 min 829 həkim fəaliyyət göstərir. Tibb müəssisələrində 7 min 801 terapevt, 3 min 556 pediatr, 3 min 368 cərrah, 3 min 131 stomatoloq, 1786 ginekoloq, habelə digər ixtisasdan olan həkim çalışır.