“QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransı keçirilib.
×
“QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, futbol forumunun əsas mövzu istiqaməti “Dəyişən Futbol Dünyası” olub.
Forumda Türkiyə, Avropa və Azərbaycandan olan futbol mütəxəssisləri panel müzakirələrində iştirak ediblər. İştirakçılar sırasında Azərbaycan klublarının nümayəndələri, futbolçular, FIFA futbol agentləri, məşqçilər və gələcəkdə öz karyerasını bu istiqamətdə qurmaq istəyən şəxslər yer alıblar.
Azərbaycanda ilk dəfə təşkil olunan konfransın əsas məqsədi ölkəmizdə futbol sahəsində çalışan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsində aparmaq və əlaqələri genişləndirmək olub.
“QOLAT Sport Service & Football Agency”nin direktoru Səid Bağırov konfransın keçirilməsini ölkəmiz üçün vacib hesab edib: "Şirkət olaraq özümüzü gənc sayırıq. Futbol ictimaiyyətinin köməyi ilə bu sahədə daha çox irəli getmək istəyirik. Hədəfimiz ölkə futbolu üçün yaxşı işlər görməkdir".