Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələri qanunla tənzimlənir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Mədəniyyət komitəsinin fevralın 28-də keçirilən iclasının gündəliyinə daxil edilib.
×
Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələri qanunla tənzimlənir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Mədəniyyət komitəsinin fevralın 28-də keçirilən iclasının gündəliyinə daxil edilib. Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə dinləməsində “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsi müzakirə edilib.
Bildirilib ki, “Qeyri-maddi mədəni irs haqqında” Qanunun müddəaları Azərbaycan ərazisində Azərbaycan xalqı, ayrı-ayrı sosial qruplar və ya fərdi şəxslər tərəfindən yaradılan, qorunan və nəsildən-nəsilə ötürülən, Azərbaycan xalqının mədəni ənənələrini təmsil edən qeyri-maddi mədəni irs nümunələrinə şamil olunmur.
Qeyri-maddi mənəvi irs nümunələrinin qorunmasının maliyyələşdirilməsinə gəlincə, bu məsələ dövlət büdcəsindən ayırmalar, qeyri-maddi mədəni irs sahəsində fəaliyyətdən əldə olunan gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq.
Qanunun pozulmasına görə şəxslər Mülki və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulan hallarda məsuliyyət daşıyırlar.