Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan velosipedçiləri Avropa çempionatında iştirak etməyəcəklər

ID:

12.08.2020 18:10 / İDMAN

Azərbaycanın şose velosipedi üzrə U-23 və gənclər yığma komandaları Avropa çempionatında iştirak etməyəcək.

AZƏRTAC Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadla xəbər verir ki, komandalarımızın avqustun 24-28-də Fransada keçiriləcək qitə birinciliyində iştirak etməməsinin səbəbi yerli hökumətin ölkəyə daxil olan şəxslərin yarışdan əvvəl 14 günlük karantin müddətində qalması tələbidir.