Azərbaycan Şahmat Federasiyasının (AŞF) növbəti konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
×
Azərbaycan Şahmat Federasiyasının (AŞF) növbəti konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca mandat komissiyasının üzvləri və konfransın gündəliyi təsdiq olunub.
Gənclər və idman naziri Fərid Qayıbov AŞF-nin son illər ərzində gördüyü işləri yüksək qiymətləndirib. O, Azərbaycan şahmatçılarının beynəlxalq arenada əldə etdiyi uğurlardan bəhs edib.
Konfransda, həmçinin Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyası arasında geniş əlaqələrin olduğu diqqətə çatdırılıb.
AŞF-nin prezidenti Mahir Məmmədov 2024-cü ilin yekunlarına dair hesabatla çıxış edib. Sonra federasiyanın ötən il ərzində fəaliyyəti ilə bağlı qısa film nümayiş olunub.
AŞF üzvlüyünə qəbul olunmuş şəxslər barədə hesabat dinlədildikdən sonra ərizə ilə müraciət etmiş şəxslərin siyahısı təsdiq edilib.
Bu gün, həmçinin Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə yeni seçkilər keçiriləcək.