Azərbaycan Qış İdman Növləri Federasiyası əsasən üç əsas hədəf istiqamətində fəaliyyət göstərəcək. Birinci hədəf peşəkar milli idmançıların yetişdirilməsidir.
×
Azərbaycan Qış İdman Növləri Federasiyası əsasən üç əsas hədəf istiqamətində fəaliyyət göstərəcək. Birinci hədəf peşəkar milli idmançıların yetişdirilməsidir. Digər hədəfimiz ölkəmizdə qış idman növləri ənənəsinin formalaşdırılması və inkişaf etdirilməsidir. Üçüncü istiqamət isə idmanın bu növü üzrə təhsil bazasının yaradılmasıdır. Bu hədəfə nail olmaq üçün gələcəkdə Şahdağda xizək məktəbinin yaradılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev yanvarın 31-də keçirilən mətbuat konfransında deyib.
Federasiyası prezidenti bildirib ki, hazırda dağ xizəyi, xizək alpinizmi və snoubordinq idman növlərinin inkişaf etdirilməsi və yarışların təşkili nəzərdə tutulub. Dağ alpinizmi yeni idman növüdür və “Milan-2026” Qış Olimpiya Oyunlarında debüt edəcək. İdmançılarımızın Belarusda və Andorrada təlim-məşq toplanışında iştirak etməsi nəzərdə tutulub.