Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə yola düşüb

ID:

23.06.2022 17:10 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Türkiyə Respublikasının Muğla bölgəsində hazırda irimiqyaslı meşə yanğınları davam edir. Yanğınların söndürülməsində iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.