Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Prezidenti İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

ID:

23.11.2022 13:50 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC / Vüqar Əmrullayev

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.