Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib

ID:

22.08.2024 15:20 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC / Vüqar Əmrullayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.