Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Prezidenti İlham Əliyev Münxendə “Leonardo” şirkətinin baş həmdirektoru ilə görüşüb

ID:

16.02.2024 20:05 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC / Vüqar Əmrullayev

Fevralın 16-da 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münxen şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub.