Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyaya dövlət səfərinə gəlib

ID:

15.11.2022 13:55 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC / Vüqar Əmrullayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.