Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər

ID:

05.07.2024 22:35 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC / Vüqar Əmrullayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər.