Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan öz tarixinin ən möhtəşəm günlərindən birini yaşayır

ID:

10.11.2020 14:45 / SİYASƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Azərbaycan öz tarixinin ən möhtəşəm günlərindən birini yaşayır. Gecə yarısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı qələbə müjdəsindən sonra paytaxtımızın küçə və meydanlarına, parklarına axışan böyüklü-kiçikli yüz minlərlə insanın bayram şənliyi on saatdan çoxdur davam edir.