Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Ordusunun Vətən müharibəsindəki parlaq Qələbəsi ilə yenilənən tarix – Daşaltı əməliyyatından 30 il ötür

ID:

25.01.2022 14:05 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Birinci Qarabağ müharibəsinin mühüm hərbi əməliyyatlarından olan Daşaltı əməliyyatından 30 il ötür. 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlayan və yanvarın 26-da axşam saatlarında başa çatan Daşaltı əməliyyatı Azərbaycan Ordusu üçün uğursuzluqla nəticələnib.