Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Milli Şəhərsalma Forumu öz işini sessiyalarla davam etdirir

ID:

05.10.2022 13:25 / REGİONLAR

Foto : AZƏRTAC / Tofiq Babayev

Oktyabrın 5-də Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu öz işini sessiyalarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, "Şəhər böhranına cavab və bərpa" adlı xüsusi sessiyada Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad olunmuş ərazilərin münaqişədən sonra bərpası istiqamətində görülən işlərə toxunub.