Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Milli Kitabxanasının 100 illiyi münasibətilə keçirilən beynəlxalq elmi-praktik konfrans başa çatıb

ID:

21.09.2023 16:55 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Sentyabrın 21-də Azərbaycan Milli Kitabxanasında Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 27-ci illik iclası, həmçinin “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda beynəlxalq elmi-praktik konfransı başa çatıb.