Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

ID:

29.02.2024 16:10 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Tofiq Babayev

Fevralın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) başqanı professor Hasan Mandal, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Milli Məclisin deputatları, habelə AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.