Martın 27-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 27 Mart – Elm Gününə həsr olunan “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbir keçirilib.
×
Martın 27-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 27 Mart – Elm Gününə həsr olunan “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən öncə AMEA-nın kollektivi Fəxri xiyabanda müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Daha sonra Mərkəzi Elmi Kitabxanada ağac üzərində oyma və elmi-texniki-yaradıcılıq sərgisinə baxış keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan Milli Elmlər Akademiyası: zaman və müasirlik” mövzusunda çıxış edib.
Sonra “Elm məbədi” filminin nümayişi olub.
Akademik Teymur Kərimlinin “Humanitar elmlərin tarixi missiyası və gələcəyi”, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayevanın “Azərbaycan Milli Elmlər Akademiyasının 2022-ci ildə beynəlxalq əlaqələri”, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının “Elmi göstəricilər və əsərlərə istinadlar”, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovun “Azərbaycan Milli Elmlər Akademiyasının nəşriyyat fəaliyyəti və nəşrlər”, fizika elmləri doktoru Elçin Hüseynovun “Azərbaycan elmində gənclərin rolu və elmimizin gələcəyi” və filologiya elmləri doktoru Sərxan Xavərinin “AMEA-nın elmi müəssisə və təşkilatlarının elmmetrik reytinq göstəriciləri” mövzusunda çıxışları dinlənilib.
Daha sonra təbriklər səsləndirilib, Elm Günü çərçivəsində bir sıra alimlərə mükafatlar təqdim olunub.