Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

ID:

21.07.2022 10:50 / CƏMİYYƏT

Foto : AZƏRTAC /Roman İsmayılov

Milli mətbuatımızın 147 illiyi və Mətbuat Günü münasibətilə Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), digər çap və onlayn media orqanlarının nümayəndələri iyulun 21-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.