Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Memarlıq və İnşaat Universitetində karyera sərgisi keçirilib

ID:

01.05.2025 12:30 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / İlqar Cəfərov

Mayın 1-də Azərbaycan Memarlıq və İnşaat Universitetində karyera sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə ölkənin və regionun aparıcı, qlobal arenada tanınan 100-dən çox müəssisə və təşkilatların memarlıq, inşaat, mühəndislik, texnologiya, nəqliyyat, maliyyə və xidmət sahələrini əhatə edən 800-dən artıq vakansiya tələbə və məzunlara təqdim edilib.