Azərbaycan milli mətbuatı tarixi bir inkişaf yolu keçərək müasir media məkanında özünə layiqli bir yer qazanıb. Dünyada baş verən, eləcə də Azərbaycan həqiqətləri qardaş ölkənin KİV-ləri tərəfindən operativ olaraq düzgün şəkildə cəmiyyətə çatdırılır.
×

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar deyib.
Azərbaycanda kütləvi informasiya vasitələrinə daim dövlət qayğısı göstərildiyini diqqətə çatdıran Bilal Dündar Prezident İlham Əliyevin mətbuatın inkişafını daim diqqət mərkəzində saxladığını söyləyib.
Diqqətə çatdırılır ki, Azərbaycan həqiqətləri, o cümlədən Dağlıq Qarabağ problemi, eləcə də saxta “erməni soyqırımı” kimi mövzular daim Azərbaycan mətbuatının gündəmində saxlanılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara