Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

ID:

15.09.2020 20:20 / SİYASƏT

Sentyabrın 15-də Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda AİH-nin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.