Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq məsələləri müzakirə olunub

ID:

04.09.2020 19:00 / SİYASƏT

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov ilə görüşüb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov ölkələrimiz arasında ümumi tarixi, mədəni, dini bağlara əsaslanan və yüksək səviyyədə inkişaf edən münasibətlərdən məmnunluqla bəhs edib.