Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın bu ölkədə diplomatik missiyası başa çatan səfiri Dursun Həsənovu qəbul edib.
×
Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın bu ölkədə diplomatik missiyası başa çatan səfiri Dursun Həsənovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub.
Tərəflər ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini məmnunluqla qeyd edib, əməkdaşlıq münasibətlərimizin bundan sonra da genişlənəcəyinə və daha da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.
Səfir Dursun Həsənov Gürcüstandakı diplomatik fəaliyyəti dövründə ona göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.
Prezident Salome Zurabişvili Dursun Həsənova gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi