Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Hərb Tarixi Muzeyində şəhid pilot Rəşad Atakişiyevin xatirəsi anılıb

ID:

23.07.2021 13:25 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

İyulun 23-də Azərbaycan Hərb Tarixi Muzeyində şəhid pilot Rəşad Atakişiyevin anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva, hərbçi yoldaşları, media təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.