Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, qadın gimnastların fərdi proqram üzrə yarışlarında mübarizə aparan təmsilçimiz Nurcan Cabbarlının çıxışı hakimlər tərəfindən 17,600 xalla qiymətləndirilib.
×
Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, qadın gimnastların fərdi proqram üzrə yarışlarında mübarizə aparan təmsilçimiz Nurcan Cabbarlının çıxışı hakimlər tərəfindən 17,600 xalla qiymətləndirilib. Gimnastımız hazırda 27-ci pillədə qərarlaşıb.
Qadın gimnastların fərdi proqram üzrə yarışlarına 21,600 xalla Rusiya idmançısı Darya Tixinova başçılıq edir.
Mayın 29-dək davam edəcək yarışda 22 ölkədən 171 gimnast birincilik uğrunda mübarizə aparır.
Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans və aerostep proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.