Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda top ilə yarışın finalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, təsnifat mərhələsində ilk səkkiz pillədə yer alan gimnastlar finala adlayıblar.
×
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda top ilə yarışın finalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, təsnifat mərhələsində ilk səkkiz pillədə yer alan gimnastlar finala adlayıblar. Belə ki, medallar uğrunda Azərbaycan gimnastı Arzu Cəlilova ilə yanaşı, bolqarıstanlı Boryana Kaleyn, İtaliya təmsilçiləri Milena Baldassarri, Sofia Raffaeli, israilli Daria Atamanov, qazaxıstanlı Eljana Tanıyeva, ABŞ idmançıları Evita Qriskenas və Lili Mizuno mübarizə aparacaqlar.
Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.
Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.