Azərbaycan Gəncləri Günü münasibətilə ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edilib
ID:
02.02.2021 12:35 / CƏMİYYƏT
Hər il fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Gənclər və İdman Nazirliyinin kollektivi, gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər fevralın 2-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.
2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.