Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan ərazisində terror-təxribat cinayətləri törətməkdə təqsirləndirilən erməni silahlılarla bağlı növbəti məhkəmə prosesi təxirə salınıb

ID:

16.07.2021 12:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan edilməsindən sonra Azərbaycan Respublikasının ərazisinə gizli yollarla qanunsuz keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı cinayət işi üzrə iyulun 16-da Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında növbəti məhkəmə iclası keçirilib.