Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstəsinin üzvlərinə hökm oxunub

ID:

29.07.2021 14:00 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan edilməsindən sonra Azərbaycan Respublikasının ərazisinə gizli yollarla qanunsuz keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı cinayət işi üzrə iyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında hökm oxunub.