Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvlərinin növbəti məhkəməsi keçirilib

ID:

29.06.2021 18:00 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.