Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib

ID:

01.07.2021 18:25 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan edilməsindən sonra Azərbaycan Respublikasının ərazisinə gizli yollarla qanunsuz şəkildə daxil olub Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvlərinin cinayət işi üzrə iyulun 1-də Bakı Apellyasiya Məhkəməsində növbəti məhkəmə iclası keçirilib.