Azərbaycan boksçuları Gimnaziadanı 18 medalla başa vurublar
ID:
29.10.2024 14:20 / İDMAN
Azərbaycan boksçuları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 18 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, Əli Əliyev (46 kiloqram), Şahin Mustafayev (48 kiloqram), Nihad Qasımov (50 kiloqram), Zakir Həsənzadə (52 kiloqram), Sübhan Babayev (54 kiloqram), Şahin Aslanov (60 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Rza Rzayev (70 kiloqram), Gülər Hüseynova (46 kiloqram), Banuçiçək Nəsirli (48 kiloqram), Əminə Tağı (54 kiloqram) və Dəniz Babayeva (63 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.