Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin ikinci filialı fəaliyyətə başlayıb

ID:

07.10.2024 10:45 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Orxan Kərimov

Oktyabrın 7-də Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunda açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış tədbirində Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Birol Akgün, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli, Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə ölkə təmsilçisi Serdar Gündoğan, Milli Məclisin deputatları, iş adamları və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.