Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılışına həsr olunmuş tədbir keçirilib

ID:

17.10.2023 16:40 / İDMAN

Foto : AZƏRTAC / Aydın Məmmədov

Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünün açılışına həsr olunmuş mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov, Gənclər və İdman Nazirliyinin İdman sektorunun müdiri Elnur Məmmədov, "Sərhədçi" klubunun prezidenti Firdovsi Umudov, “Neftçi” futbol klubunun baş icraçı direktoru Fərrux Mahmudov, federasiya nümayəndələri və digər qonaqlar iştirak ediblər.