Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azər Həsənsoy yenidən Azərbaycan Uşu Federasiyasının prezidenti seçilib

ID:

29.12.2022 17:25 / İDMAN

Foto : AZƏRTAC / İlqar Cəfərov

Dekabrın 29-da Azərbaycan Uşu Federasiyasının 24-cü hesabat–seçki yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, yığıncağın gündəliyinə Azərbaycan Uşu Federasiyasının prezidentinin hesabatı, fərqlənən məşqçi və hakimlərin mükafatlandırılması, federasiyanın prezidentinin, vitse-prezidentinin, İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin seçilməsi kimi məsələlər salınıb.